Muxtar respublikada 2020-ci ilin yanvar-aprel aylarında 743 milyon 26 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Eləcə də bax: Naxçıvanda verilən kreditlər - 2 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1615,3 manat olmuşdur.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 337 milyon 363 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 290 milyon 340 min 100 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 274 milyon 817 min 700 manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
2020-ci ilin yanvar-aprel aylarında 42 milyon 248 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 8060,3 ton, süd istehsalı 26090,4 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.
2020-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 17 milyon 652 min 700 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 14 milyon 71 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2 faiz artmışdır.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 milyon 113 min 800 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 7 milyon 826 min 800 manatı və yaxud 15 faizi qısamüddətli, 44 milyon 287 min manatı və yaxud 85 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 may 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 86758-ə çatmışdır ki, bunun da 76084-ü və ya 87,7 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-aprel aylarında açılmış 11914 bank hesabının 11912-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2020-ci il tarixə 1289-a çatmışdır.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-aprel aylarında 122 milyon 804 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 810 min ABŞ dolları təşkil etmiş, 74 milyon 815 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 519,3 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.
1 aprel 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3481 nəfər artaraq 460 min 216 nəfər olmuşdur.