Naxçıvnada özəl tibb və özəl təhsil müəssisələri yaradılacaq.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin iyunun 5-də təsdiqlədiyi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub.
Proqrama əsasən 2023-2027-ci illərdə özəl təhsil və tibb müəssisələri yaradılacaq, yəni artıq bu ildən etibarən işlərə başlanacaq.
Bu prosesi Elm və Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi diqqətdə saxlayacaq.
Bildirilir ki, Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulur. Burada özəl təhsil və səhiyyə müəssisələrinin yaradılması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə də zəmin yaradacaq.