Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,6% artaraq 1 574 282,9 min manat təşkil edib.
Eləcə də bax: Naxçıvan iqtisadiyyatı - 1,1% BÖYÜYÜB
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 3 420,9 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-iyul aylarında sənaye üzrə 648 741,2 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 0,9% üstələyib. (Apa)