Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
Bu barədə FED.az muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım 2,7% təşkil edib. Başqa sözlə ilk yarım ildə Naxçıvan MR-da iqtisadi artım ölkə üzrə ümumi göstəricidən təqribən 7 dəfə az olub.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 3 471,3 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660,4 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.(report)