"Hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır". Bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov“Heydər Əliyev ideyaları və dərin dərin islahatlar strategiyası” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin layiqli davamçısı Azərbaycan prezidenti İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmillışən çevik, qətiyyətli bə uzaqgörən iqtisadi siyasəti nəticəsində qazanılan uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurub, liberal bazar iqtisadiyyatına keçid təmin edilib.
“İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionları inkişafını davamlılığının təmin edilməsi, infratsfukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik dövlət proqramı həyata keçirilib. Proqramların icra olunduğu 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq səviyyəsi isə 5,3%-ə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb”, - deyə N.Əmirov bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 mlrd. manatdan artıq güzəştli dövlət krediti verilib: “Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, büdcə xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artıb. Hazırda ÜDM-də özəl bölmənin payı 83%, məşğulluqda isə 73,9% faizdir”.
Natiq Əmirov: Özəl bölmənin məşğulluqda payı 74%-dir
12:47
6 May 2017