Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir.
FED.az-ın məlumatına görə, müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək.
ELƏCƏ DƏ BAX: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır
İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.
Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.
Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Nar”-dan Bayraq Günü – HƏDİYYƏSİ
19:33
8 Noy 2018