MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk.
Ölkəyə xarici investorları cəlb edəcəklər – İKİ BİRLİK SƏNƏD İMZALADI
FED.az xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli "X" sosial media hesabında bildirib.
“Ötən il fəaliyyətə başlayan MÜSİAD Ticarət Ofisi və MÜSİAD İnvest vasitəsilə ölkəmizə iş adamlarının və investorların cəlb edilməsi, iş adamlarımıza və ölkə iqtisadiyyatımıza töhfə vermək başlıca hədəfimizdir. Bu məqsədlə Azərbaycanla bağlı iqtisadi, turistik, statistik məlumatların olduğu "AZERBAYCANA GELMEK İÇİN 101 NEDEN" başlıqlı təqdimatımızın hazırlıqları bitmək üzrədir”, – deyə o əlavə edib.
R.Cabirli onu da vurğulayıb ki, Azərbaycanın 10 milyonluq əhalisi olan coğrafiya kimi deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi olaraq dəyərləndirilməsi vacibdir.
“Bu təqdimatı yaxın zamanda həm Türkiyədəki qurum və quruluşlarla, həm də 60 min şirkətin təmsil olunduğu MÜSİAD-ın 163 şöbəsində iş adamlarımızla paylaşmağı planlaşdırırıq. Təqdimatda Azərbaycana gəlmək istəyən iş adamları gəliş səbəbini müəyyənləşdirdikdən sonra aidiyyatı səbəblə bağlı məlumatlar ala biləcək. Bizlər qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətiylə birləşdirmənin, sinerjimizi artırmanın əzmindəyik. Gücümüz birliyimizdədir !”, – deyə o qeyd edib.
Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir. Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.