Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “VİKSON AZ SERVİS” MMC və “AUTODOC AS COMPANY” MMC haqqında iş qaldırılıb.
Dövlət Xidmətinin sayəsində 318 min manat istehlakçılara - GERİ QAYTARILIB
FED.az xəbər verir ki, hər iki şirkət “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozmaqda ittiham olunur. Bu səbəbdən idxalı və satışı həyata keçirilən mühərrik yağlarının qablaşdırılmasının üzərində istehsalçısı və mənşə ölkəsi barədə yanlış məlumatlardan, habelə həmin məhsullara uyğun olmayan marka adlarından istifadə edilməsi əlamətləri üzrə araşdırma aparılır.
İşə baxılması davam edir.