«Moody's» reytinq agentliyi Danimarkanın reytinqlərini yenidən qiymətləndirib.
FED.az xəbər verir ki, yeniləmə nəticəsində Danimarkanın reytinqi yenidən «Aaa» səvaiyyəsində müəyyən edilib.
Bu reytinq ölkənin yüksək rəqabətli və yüksək şaxələndirilmiş iqtisadiyyatının, eləcə də əhalinin yüksək həyat səviyyəsinin göstəricisidir. Ölkədə həyat səviyyəsi arasındakı fərq kiçik olduğuna və güclü sosial müdafiə sistemi fəaliyyət göstərdiyinə görə, sosial risklərin olması ehtimalı aşağıdır.
Etibarlı dövlət orqanları və güclü ehtiyatlı fiskal siyasət dövlət bocunun olduqca aşağı səviyyədə saxlanmasına hərait yaradıb.
Bununla yanaşı, Danimarka da, digər Avropa ölkələri kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində artan geosiyasi risklərlə üzləşə bilər. Bununla yanaşı, «Moody's» hesab edir ki, ölkənin iqtisadi və fiskal perspektivləri möhkəm olaraq qalır.
Belə ki, Danimarkada iqtisadi artım 2,2% təşkil edir (Avropa üçün əla göstəricidir – FED.az), proqnoza görə, 2024-də artım 2,4%, 2025-ci ildə isə 1,7% olacaq. Büdcədəki profisitlər nəticəsində isə ölkənin borcunun ÜDM-ə nisbəti 29%-dən 25%-ə enəcək.
Agentlik bu qiymətləndirmədə Danimarkanın güclü iqtisadiyyatı ilə yanaşı, yüksək təhsil səviyyəsini, fiziki və texniki infrastrkuturunu, yüksək texnoloji inkişafını, olduqca çevik əmək bazarının olduğunu vurğulayır.
Ölkənin institutlarının yüksək reytinqi onların qanunverici və icraçı hakimiyyətin, eləcə də məhkəmələrin yüksək keyfiyyətli işinin göstəricisidir.
«Ölkənin çox yüksək gəlir səviyyəsini, çox güclü hökumət balansını və çox güclü institusional strukturunu nəzərə alsaq, Danimarkanın ekoloji təhlükələrə və ya sosial tələblərə cavab vermək qabiliyyəti olduqca güclüdür»-deyə «Moody's» Danimarkanın az qala fantastik görünən göstəricilərinə baxışı yeunlaşdırır.
Agentlik bildirir ki, Danimarkanın reytinqinin artırılması mümkün deyil, çünki onsuz da o ən yüksək həddədir.
İqtisadi və sosial həyatda hər hansı ciddi problemin yaranması ehtimalı olduqca aşağı həddədir, demək olar ki, istisna edilir. Yeganə baş verə biləcək risk mənzil qiymətlərinin çökməsi və ya Ukraynadakı müharibənin daha da genişlənməsi ola bilər ki, bunun da ehtimalı azdır.