Azərbaycanla Ermənistan arasında iqtisadi inteqrasiya olmadan geosiyasi gərginlik yüksək olaraq qalacaq.
"Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir"
FED.az xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.
Agentliyin analitikləri hesab edirlər ki, davam edən sülh danışıqlarına baxmayaraq, Azərbaycanın Ermənistanla geosiyasi münasibətləri gərgin olaraq qalacaq:
“Hər iki tərəf hərbi potensialını artırır, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar baş verir. Bu da iki ölkə arasında hərbi münaqişə ilə bağlı vəziyyətin yenidən gərginləşməsi ehtimalının qaldığını göstərir”. (Report)