Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür.
“Fitch”: Qarşıdakı 2 ildə Azərbaycanda iqtisadi artım illik 2,7 % olacaq
FED.az xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1% artıb və 2025-ci ilin sonuna qədər təxminən 4% artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1%-lik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir.
"Dövlət borcu ÜDM-in 30%-indən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir və Azərbaycanla eyni reytinqə malik olan ölkələr və digər neft istehsalçıları, məsələn, Qazaxıstan (Baa1 stabil) ilə müqayisədə daha aşağıdır" - “Moody’s” əlavə edib. (Apa)