Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-mart ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.
Xaricə ən çox məbləğdə mallar satan Azərbaycan şirkətləri - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu ilin 3 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 29.1 milyon dollarlıq məhsul ixrac edilib.
“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə azalıb. Şirkət 2022-ci ilin yanvar-mart ayında 47.1 milyon dollarlıq məhsul ixrac etmişdir.
Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.