Rusiyanın baş naziri Mixail Mişustin Xəzər regionunu Avrasiyada transkontinental nəqliyyat üçün ən böyük qovşaqlardan birinə çevirmək planlarını açıqlayıb.
Eləcə də bax: Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45%-dən çox - ARTIB - FOTO
FED.az xəbər verir ki, "Nəqliyyat və logistika imkanlarını inkişaf etdirmək üçün əlaqələndirilmiş addımlar vacibdir. Region Avrasiyanın ən böyük transkontinental nəqliyyat qovşaqlarından birinə çevrilməlidir. Bu, regional bazarların formalaşmasına, ticarət və sənaye əməkdaşlığının artırılmasına kömək edəcək", - Mişustin cümə axşamı II Xəzər İqtisadi Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi üzrə proqnozlaşdırılan yük həcmi qiymətləndirilib. Ötən il bu dəhliz ilə daşımaların həcmi təqribən 14 milyon ton təşkil edib. Artım potensialı 2030-cu ilə qədər demək olar ki, iki dəfə artacaq.
“Biz dəmir yolu şəbəkəsində, keçid məntəqələrində məhdudiyyətləri aradan qaldırmalı və Uraldan, Volqaboyu, Baltikyanıdan - Rusiyanın bütün ərazisindən Fars körfəzinə qədər - daha sonra - Cənubi Asiyaya, Yaxın Şərqə, Afrikaya fasiləsiz logistika xidmətlərinin işə salınması üçün şərait yaratmalıyıq. Bu da regional və transsərhəd ticarətə əlavə təkan verəcək”, - baş nazir bildirib.
Mişustin Rusiya Prezidenti Vladimir Putinin dünyanın fundamental xarakter daşıyan transformasiyalar dövrünə qədəm qoyduğu barədə sözlərini xatırladıb.
"Yeni inkişaf mərkəzləri formalaşır. Onlardan biri də Xəzər regionudur. Biz region dövlətlərinin mehriban qonşuluq, etimad və qarşılıqlı hörmət əsasında Xəzərdə sabitliyi və təhlükəsizliyi qorumaq üçün lazım olan hər şeyi etməliyik", - deyə o, Rusiya Nazirlər Kabinetinin rəhbəri yekunlaşdırıb. (Marja)