Milli pul vahidi olan Misir funtunun devalvasiyasından sonra növbəti gün Misirdə benzin və dizel yanacaqlarının satış qiymətləri qaldırıldı. Bu barədə Misir neft korporasiyası cümə günü xəbər yayıb.
Ən çox istifadə olunan benzinin АИ-92-nin qiyməti 35% qalxaraq bir litri 3.5 Misir funtuna bərabər oldu. Bu isə 0.23ABŞ dolları deməkdir.
Misir benzini dotasiya etdiyindən hökumət qiymətləri qaldırdıqdan sonra bu maddə üzrə xərcləri azalda bilər.
Dotasiyaların azaldılması Beynəlxalq Valyuta Fondunun əsas tələblərindən biri idi. Qeyd edək ki, BVF 2016-cı ilin sonunadək Misirə 12 milyard dollar həcmində kredit ayırmalı idi.
Xatırladaq ki, Misir Mərkəzi Bankı iqtisadiyyatı dəstəkləməkdən ötrü 3 noyabr tarixində milli valyutanı üzən məzənnə kursuna keçirmək barədə qərarını bəyan etdi. Günün sonunda isə dollar artıq 15.25 Misir funtuna bərabər oldu. Onu da qeyd edək ki, bu hadisəyə qədər dövlət tərəfindən əvvəllər müəyyən edilmiş valyuta kursu uzun müddət 1 dollar = 8.88 funt qiymətində qorunub saxlanırdı.
ria©