Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.
Eləcə də bax: Vergi, Əmlak və Antiinhisar Xidmətlərində - YENİ TƏYİNATLAR - ADLAR
FED.az "qafqazinfo"ya istinadən yeni nazir müavini təyin olunan Əliyev Elnur Aydın oğlunun dosyesini təqdim edir.
Bakı Dövlət Universitetinin məzunu olan 36 yaşlı Elnur Əliyev indiyədək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində - Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtıb.