İqtisadiyyat nazir Mikayıl Cabbarov Azərbaycancanin Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv qəbul olunması ilə bağlı hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Eləcə də bax: "KOB subyektlərinin ÜDM-də payı 60 %-ə çatacaq"
FED.az xəbər verir ki, o Azərbaycan-Avropa İttifaqı biznes forumun qeyd olunan məsələyə dair sualı cavablandiıraraq bildirib ki, beynəlxalq və dünya ticarət sistemi ənənəvi konyukturadan fərqli bir təkamülə keçməkdədir.
"Növbəti onilliklər ərzində onun əsas elementlərindən biri regionlaşma və qloballaşmadır. Bu o demək deyil ki, azad ticarət ideyası köhnələcək. Dəyərlər bəlkə də dəyişəcək. Bu o demək deyil ki, Azərbaycan və yaxud digər hansısa ölkələr ÜTT-nin üzvü olmaqla kənarda qalacaqlar",- deyə nazir qeyd edib.
Nazir Azərbaycanın hələ də bu təşkilata üzvlülüyünün olmadığının səbəbini ölkənin hələ də institusional mədəniyyətin, standartlara riayət ənənəsinini, rəqabət, mal və xidmətlərdə sərbəst ticarətin olmasını önə çəkib.
"Bu hamısı ejosistemdə nəticə etibarı iləilə milli iqtisadiyyatın, həmçinin ticarətin kompetensiyaların iqtisadiyyatda dəstəkləyəcəyinə, genişləndirilməsinə ehtiyac olacağı anlamına gəlir. Bunu etməyin yeganə yolu onlara riayət etməklədur. Sual yarana bilər ki, əyər belədirsə niyə biz hələ də ÜTT-na üzv deyildik? Burada biz ÜTT-nin "qızıl qaydasına" qayıtmış oluruq. Bu isə ondan ibarətdir ki, nəqədər çox vaxt keçərsə və yaxud da ki, nəqədər ÜTT-də ölkələrin sayı çox olarsa, bir o qədər qəbul prosesi uzanır. Çünki artıq ÜTT-də olan ölkələr öz tələblərinin də nəzərə alınmasını tələb edirlər. Yəni başqa qəbul edilən ölkələrə xitabən, öz tələblərini irəli sürürlər. Bu da öz növbəsində gözləmə müddətini uzadır",- deyə nazir əlavə edib. (Fins.az)