Azərbaycan Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyi yanında yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.
Eləcə də bax: Azərbaycandakı iş adamları yeni şura yaradır
FED.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə sədr təyin edib.
Onun Azər Məmmədov adlı şəxs olduğu bildirilir. Yeni sədr bu vəzifəyə gömrük sistemindən gətirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.