İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Ötən il 2710 layihəyə 104 milyon manatdan çox - GÜZƏŞTLİ KREDİT VERİLİB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Ötən il bu biznes subyektlərinə kreditlərin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i verilib", - nazir deyib.