İqtisadiyyat naziri Mikayıl Cabbarov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
Azərbaycanlılar İraqa gedəndə vizanı sərhəddə alacaqlar - YENİLİK
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib”, -deyə Mikayıl Cabbarov bildirib.