İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.
Eləcə də bax: Mikayıl Cabbarov - SAHİBKARLARA SƏSLƏNDİ - VİDEO
Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.
Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır
Qərar dekabrın 9-dan qüvvəyə minib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.