Azərbaycanda bir çox infrastruktur layihəsinin idarəedilməsində problemlər görünür.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Prezidentin fərmanı ilə yaradılmış İnvestisiya Fonduna daxil olan dövlət müəssilərinə baxsaq görərik ki, illərdir səmərəsiz idarə edilib. Bu sahəyə özəl sektoru cəlb edərək ölkə iqtisadiyyatında məhsuldarlığı artıra bilərik”,- nazir qeyd edib.
O bildirib ki, özəl sektor daha az kapital qoyaraq mənfəət əldə edir. (Report)