“Gürcüstan Azərbaycan üçün çox vacib iqtisadi tərəfdaşdır”.
Eləcə də bax: Gürcüstan benzin - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşdən sonra açıqlama verən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib.
Bildirib ki, Azərbaycan şirkətləri Gürcüstanda olduqca aktivdir və bu ölkənin iqtisadiyyatına mühüm investisiyalar qoyurlar.
"Görüşdə biz birgə həyata keçirdiyimiz cari lahyihələri, həmçinin gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Sadəcə, iqtisadi dövriyyəni və sərmayələrin intensivləşdirilməsi məsələsini deyil, öz bazarlarımızı yerli və xarici investorlar üçün daha cəlbedici etmək istiqamətində müzakirələr apardıq”, - deyə nazir bildirib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən verilən məlumata görə, iqtisadiyyat nazirlərinin görüşündə ticarət, enerji, ixracat, tranzit, konteyner daşımaları və digər daşımalar, habelə gələcək birgə sərmayə layihələri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, N.Turnava səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.
Apa