İlin əvvəlindən bəri ölkə iqtisadiyyatının «gölgədən çıxması» meyllərini müşahidə edirik.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət televiziyasına açıqlamasında bildirib.
«Artıq son 10 ay ərzində xüsusilə biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni "kölgə"dən "ağ"a çıxmaq meyllərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük»-deyə nazir bildirib.