1.“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
-İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
-Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
-Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
-Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
-İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
-Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
-İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
-Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Əmək haqqı:
-Razılaşma yolu ilə.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-Yaş həddi: 28-40
-Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
-İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
-Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
-İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
-KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
-Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
-Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
-Liderlik;
-İşə planlı yanaşma;
-Fikrini izah etmək qabliyyəti;
-Ünsiyyət yaratmaq bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Fəallıq.
Əlavə şərtlər:
-Ezamiyyət imkanları;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.
2“Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir
İşin təsviri:
-Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
-Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
-Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
-İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
-Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək
-İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali (İqtisadi)
-İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
-Yaş həddi:25-50
-Dil bilikləri: Azərbaycan və Rus dili
-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Şəxsi keyfiyyətləri:
-İşə planlı yanaşmaq bacarığı;
-Yüksək ünsiyyət bacarığı;
-Nitq mədəniyyəti;
-Təmkinlilik, etibarlılıq, özünəinam;
-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin
“Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir
Vəzifə öhdəlikləri
-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-Logistika və nəqliyyat nəzarətinin təşkili;
-Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
-Alınan malların keyfiyyətinə nəzarət;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
-Gömrüklə işləmə bacarığı;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Təhsil/Təcrübə:
-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
-Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
-Təchizat zənciri haqqında ümumi biliklər;
-İncoterms 2010;
-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
-Komanda işinin təşkili;
-Yaş həddi: 25-35;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
-Razılşama yolu ilə.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-CV-ləri [email protected] ünvanına göndərin.
4.Xarici satınalma üzrə mütəxəssis
İşin təsviri:
-Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
-Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
-Razılaşma yolu ilə:
Tələblər:
-Təhsil: Ali (bakalavr);
-Yaş həddi: 25-45;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
-5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
-Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti;
-Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
-Gömrüklə işləmə təcrübəsi;
-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
-Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-CV-ləri [email protected] ünvanına göndərin.