HR mütəxəssis
İşin təsviri:
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi;
• e-gov hökümət portalında əməliyyatların aparılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
• Davamiyyətin izlənilməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.
İş şərtləri:
• Həftədə 5 iş günü, 09:00 – 18:00;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.
Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=73 və ya [email protected] ünvanına CV göndərərək 06.04.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.