İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə “Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.
FED.az xəbər verir ki, bu barədə İİTKM-dən məlumat verilib.
Konfransda qurumun icraçı direktoru Vüsal Qasımlı, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev açılış nitqi ilə çıxış ediblər.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev “İstehlak krediti üzrə izafi borclanma: risklər və onların minimallaşdırılması yolları” mövzusunda təqdimat edib.
Tədbirdə əsasən iqtisadi artım və əhali borclanması təhlili, əhali gəlirləri və istehlakı arasında əlaqə, əhalinin borclanması və yığım norması arasında trend barədə geniş müzakirə aparılıb.
Onlayn konfransa 100-dən artıq iştirakçı qatılıb. (Report)