Azərbaycanda meşə fonduna aid torpaql sahələrinin icarəyə verilməsi üçün maksimal müddət artırılır.
FED.az xəbər verir ki, "Report"un yazdığına görə, bununla əlaqədar Meşə Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Qeyd edək ki, hazırda torpaqlar 1 ildən 10 ilə qədər müddətə icarə verilə bilər. Müvafiq qanun layihəsində isə maksimal müddətin 49 ilə çatdırılması öz əksini tapıb. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Onun sözlərinə görə, bu, o demək deyil ki, torpaq ancaq 49 ilə icarə veriləcək: "Torpaqların icarə verilməsi müddəti maksimum 49 il olacaq".
Qeyd edək ki, Meşə Məcəələsində dəyişiklik edilməsi haqqında qanun layihəsi bu gün Paralemtnin komitə iclasında müzakirə olunaraq təsdiq olunub və yaz sessiyasının gündəliyinə salınıb.