"Azerbaijan Poultry Company "də (“APC” LLC) yeni təyinat baş verib.
FED.az xəbər verir ki, şirkətdən daxil olmuş məlumata görə, təsisçilərin qərarı ilə 01 aprel 2019-cu il tarixdən Rüfət Məmmədzadə müəssisənin Baş direktoru vəzifəsinə təyin edilib.
Rüfət Məmmədzadənin 10 ildən artıq kənd təsərrüfatı və FMCG sahəsində müxtəlif şirkət və holdinqlərdə rəhbərlik təcrübəsi vardır. O, texnika elmləri üzrə fəlsəfə doktoru və avropada iqtisadiyyat üzrə ali təhsil almışdır.
Qeyd edək ki, "APC" MMC 2012-ci ildə təsis edilmiş və "Mərcan" markası altında yüksək keyfiyyətli toyuq ətinin istehsalı ilə məşğuldur. "Mərcan" toyuq məhsulları Azərbaycan istehlakçılarının ərzaq səbətində əhəmiyyətli yer tutmaqdadır.
Eləcə də bax: Həmyerlimiz BP-nin İraq biznesinə rəhbər - TƏYİN OLUNUB
©Marja