İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, sahə mülkiyyətçiləri arasında maarifləndirmə və təbliğat işlərinin təmin olunması, onların suallarının cavablandırılması, binalarda idarəetmənin təşkilinə yardım göstərilməsi məqsədilə Nazirliyin təşəbbüsü və yerli icra orqanlarının, eləcə də bələdiyyələrin təşkilatçılığı ilə Bakı şəhərinin Binəqədi, Nizami və Nəsimi rayonlarda, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində Maarifləndirmə mərkəzləri yaradılıb.
Görülən işlərin nəticəsində 2016-cı ilin 1 oktyabr tarixinə Bakı şəhərinin Yasamal rayonunda 8, Binəqədi rayonunda 6, Xətai rayonunda 5, Nərimanov rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 4 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı artıq 31-ə çatıb.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin ayrı-ayrı ərazilərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb
16:19
21 Okt 2016