2024-cü ildə ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
"2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% çox ümumi daxili məhsul istehsal olunmuş, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,4% artmış, əhalinin hər nəfərinə düşən ÜDM 12,4 min manata bərabər olmuş, özəl sektorun Ümumi Daxili Məhsulda payı 83 faiz, məşğulluqda payı isə 78,6 faiz təşkil etmişdir.
" - deyə o öz çıxışında vurğulayıb.