Sosial şəbəkələrdə reklamlar ilə bağlı qanunun tələblərinə tam əməl olunmaması halları müəyyən olunub.
"Ötən il haqsız rəqabətə görə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib"
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında bu mövzuya toxunub.
Bu pozulma hallarından 20-i tibbi xidmət və əczaçılıq preparatlarının reklamı zamanı, 15-i bank xidmətlərinin reklamı zamanı, 13-ü spirtli içkilərin reklamı zamanı, 11-i turizm xidmətlərinin reklamı zamanı, 9-u bioloji aktiv qida əlavələrinin reklamı zamanı və 6-sı sığorta sahəsində reklamlar zamanı aşkarlanıb.
O qeyd edib ki, reklam sahəsində mövcud nöqsanların aradan qaldırılması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklamla bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün təkliflər paketi təqdim edib.