Kürdə gələn suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.
ETSN: 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatı 15-20 faizə qədər azalacaq
FED.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, bunlar iri çaylarımızdır, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb: "Buna baxmayaraq, Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir". (Apa)