2022-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6 049 400,3 min ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 28,2 faiz çoxdur.
FED.az xəbər verir ki, Azərbaycanın MDB ölkələrinə ixracı bir il əvvəlki göstəriciyə nisbətdə 8,7 faiz azalaraq 1 635 626,92 min dollar, idxalı isə 50,8 faiz artaraq 4 413 773,38 min dollar təşkil edib.
Ötən il ticarət dövriyyəsinin həcminə görə ilk üç ölkə Rusiya, Ukrayna və Qazaxıstan olub. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar təşkil edib.
Ukrayna ilə ticarət dövriyyəsi 617 779,42 min dollar olub ki, bu da illik ifadədə 33 faiz azdır.
Qazaxıstanla ticarət dövriyyəsi isə bir il öncəki göstərici ilə müqayisədə 4,4 dəfə artaraq 598 468,6 min dollar təşkil edib.