Aprelin 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 93.4100 AZN (7.0937%) olan 28 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800%), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.Başqa sözlə istiqrazlara tələbat təklifi 3,3 dəfə üstələyib.
İstiqrazların ödəmə tarixi 14 aprel 2020-ci il.
Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.