Cari ilin aprel-may ayları ərzində maliyyə dəstəyi almaq üçün müraciət etmiş vergiödəyicilərindən 91,8 faizinin müraciəti məqbul hesab olunub, 7 faizinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib, 1,2 faizinin müraciətlərinin araşdırılması isə davam etdirilir.
Eləcə də bax: Azərbaycanda pandemiyadan zərər çəkən biznesə - 147 MİLYON MANAT ÖDƏNİLİB
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin müddət ərzində bu məsələ ilə əlaqədar ortaya çıxan suallarla bağlı vergi orqanlarına cəmi 5045 müraciət, o cümlədən fərdi (mikro) sahibkarlardan 3426, muzdlu işçiləri olan sahibkarlardan və muzdlu işçilərin özlərindən isə 1619 müraciət daxil olub.
Bu isə maliyyə dəstəyi almaq üçün müraciət etmiş sahibkarların ümumi sayının cəmi 3,5 faizini təşkil edir.