Bu gün Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və "Made in Azerbaijan" brendinin loqosunun təqdimat mərasimi keçirilib.
FED.az xəbər verir ki, tədbirlərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların "Made in Azerbaijan" brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: "Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür".
Loqonu "Leo Burnett" şirkətinin nümayəndəsi Abbas Fətullayev hazırlayıb. O, özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.