"Airbus DS GEO Hungary Ltd" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Elanda deyilir ki, müvafiq qərar 2017-ci ilin iyulun 10-da qəbul olunub. Bununla əlaqədar filialın dövlət qeydiyyatını təsviyəsi prosesi başlanıb.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.