Sierra Leone bayraqlı yük gəmisi Razoni, planlaşdırıldığı kimi, çərşənbə axşamı, avqustun 9-da Livanın şimalındakı Tripoli limanına yan almayacaq.
Eləcə də bax: “Taxıl dəhlizi” sayəsində taxılın qiyməti 440-450 dollardan - 350-355 DOLLARA DÜŞÜB
FED.az xəbər verir ki, livanlı müştəri 26 min ton Ukrayna qarğıdalısını almaqdan imtina etdiyi üçün yeni alıcı axtarılır. Bu səbəbdən yükdaşıyıcı marşrutu dəyişib və finala gəlişi ləğv edib.
Gəmi Türkiyənin İsgəndərun limanı yaxınlığındadır.
“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, yük daşıyıcısının son təyinat məntəqəsinin statusu dəyişdirilib. Gəmi yeni qarğıdalı alıcısının tapılmasını gözləyir.
Razoni avqustun 1-də Odessadan çıxıb.
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. (Marja)