Livanını Baş naziri Saad el-Hariri iqtisadiyyatda fövqəladə hal elan edib
FED.az xəbər verir ki, paytaxt Beyrutdakı Baabde Prezident sarayında, Prezident Mişel Avnın sədrliyi ilə iqtisadi müşavirə keçirilib.
İclasda açılış çıxışını edən Prezident Avn, "Siyasi və şəxsi münaqişəmizi bir kənara qoyaraq, içində oluduğumuz iqtisadi böhrandan çıxmaq üçün uğurlu həll yolları üçün səylərimizi birləşdirməliyik",- deyib.
İqtisadi müşavirənin ardından mətbuat konfransı keçirən Baş nazir Saad el-Hariri, ölkədə iqtisadi fövqəladə hal elan etdiyini bildirib.
Hariri, Livan lirəsinin dəyərinin sabitliyi siyasətinə davam ediləcəyini, parlamentdə qəbul edilən investisiya layihələrinin başlamasına təkan veriləcəyini və elektrik enerjisi çatışmazlığının aradan qaldırılması üçün iş aparılacağını açıqlayıb.
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", 24 Avqustda Livanın reytinqini "B"dən "CCC" səviyyəsinə endirdiyini açıqlamışdı. "CCC" səviyyəsinin açılışı "tezliklə iflas ola bilər"dir.
Son dövrdə böyük iqtisadi böhran yaşayan Livanda, Maliyyə Nazirliyinin mayda dərc olunan hesabatına görə, 2019-un ilk rübünun sonunda cəmi borc 86,2 milyard dollara çatıb.
Marja.az