“Synergy Group”da yeni təyinat olub. Quruma yeni icraçı direktor təyin olunub.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, yeni icraçı direktor İsmayıl Süleymanov olub.
İ.Süleymanov 2016-cı ilin noyabr ayında “Synergy Group” MMC-nin İcraçı direktorunun birinci müavini təyin edilib və eyni zamanda İcraçı direktorun vəzifəsini icra edib.
Qeyd edək ki, o, əmək fəaliyyətinə 2009-cu ildə “Maqnoliya 99” müəssisəsində iqtisadçı olaraq başlamışdır. O, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi Auditi Departamentində dövlət vergi müfəttişi vəzifəsində xidmətə başlayıb, bir sıra aidiyyatı vəzifələrdə çalışıb və 2016-cı ilin may ayında Bakı Vergilər Departamentinin Vergi Öhdəliklərinin Müəyyənləşdirilməsi və İcrasına Nəzarət İdarəsində şöbə rəisinin müavini vəzifəsinədək irəliləyib.
İsmayıl Süleymanov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə və Naxçıvan Dövlət Universitetində Hüquq ixtisası üzrə təhsil alıb.