2016-cı ilin yanvar-oktyabr aylarında “Şah Dəniz” yatağından 8,02 milyard kubmetr qaz hasil olunub. Bu, ötən ilin analoji dövründəki göstəricidən 10 faiz çoxdur.
Bu açıqlamanı Natural Gas World jurnalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov verib. O, həmçinin qeyd edib ki, Azərbaycan daxili tələbatın ödənilməsi üçün “Şah Dəniz” yatağından 2,64 milyard kubmetr qaz əldə edib.
Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın hasil etdiyi kommersiya qazının həcmi 4,22 milyard kubmetr təşkil edib.