Rusiya Maliyyə Nazirliyi əlavə olaraq “Qazprom”dan 170 milyard rubl, neftçilərdən isə 150 milyard rubl toplamağı təklif edir. Hətta Nazirlik bununla bağlı 2017-ci il üçün vergilərin toplanması ilə bağlı əlavə paket də hazırlamışdır. Bu barədə çümə axşamı günü 3 federal məmurun və bu sahədən olan bir nəfər iştirakçının müzakirələrinə istinad edən “Vedomosti” agentliyi məlumat verir.
Məlumatda bildirilir ki, gələn il üçün neft-qaz sektorundan 320 milyard rubl vergi tutulması planlaşdırılır. Bu məbləğin 170 milyard rublunu “Qazprom” şirkətindən, yerdə qalan 150 milyardını isə neft sahələrindən toplamaq planlaşdırılır.
Xüsusilə də cari il neft şirkətləri üzərində birdəfəlik vergiləri artırmaq planlaşdırılırdı, lakin bu proses baş vermədiyindən müddət uzadıldı və nəticədə bunun 200 milyard rubl vəsait gətirəcəyi güman edilir. Bundan əlav, “Qazprom”dan 100 milyard rubl toplamaq da planlaşdırılır. Həmçinin bu şirkətdən əlavə olaraq 70 milyard vergi tutulmasının reallaşdırılması da planlaşdırılır. Nəticədə, 370 milyard məbləğ alınacaqdır.
“Halbuki, neft sektorunda ediləcək vergi reforması (əlavə gəlir vergisinin tətbiqi) Maliyyə Nazirliyini 50 milyard rubldan məhrum edəcək və nəticədə məbləği 320 milyardadək azaldacaqdır” deyə Vedomosti agentliyi bildirir.
Qeyd edək ki, faydalı mineral ehtiyatların hasilatı üzrə verginin qaz və qaz kondensatı üçn artırılması yalnız 2016-cı il üçün nəzərdə tutulub. Növbəti illərdə həmin vergi yükünü artırmaq və ya olduğu kimi saxlamaq üçün cari ildə edildiyi kimi qanuna dəyişikliklər edilməlidir, bunun təsdiqi üçün isə hökumət duması yenidən toplanmalıdır.
2016-cı il neft sektorundan 200 milyard rubl toplanması planlaşdırılırdı, lakin bu qədər məbləği cari ildə yığmaq mümkün olmadı, çünki nazirlik bir sıra çətinliklərlə üzləşdi, çünki neftin qiyməti düşəndə vergi gəliri də aşağı düşürdü.
Lakin çox güman ki, 2017-ci ildə də həmin 200 milyard rubl məbləği neft-qaz sektorundan toplanılacaqdır. Əvvəl üzləşdikləri çətinlikləri isə aradan qaldırmaqdan və vəziyyəti təkrarlamamaqdan ötrü sadəcə faydalı mineral ehtiyatların hasilatı üzrə vergi artırılacaqdır. Məsələn, barel üzrə 1 rubl artırılacaq, lakin manevr davam edəcək və rüsum 30% aşağı düşəcəkdir.
Mənbə: vedomosti.ru©