“PAŞA Holdinq” MMC-nin 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə Holdinqin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov deyib.
Onun sözlərinə görə, strategiyanın əhəmiyyətli hissəsi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin gələcək planları, şirkətin Azərbaycanın və qlobal kapital bazarında aktiv oyunçuya çevrilməsi planları ilə bağlıdır.