“Türkiyənin bank sisteminin reytinqi üzrə proqnozu neqativdir”.
“Moody's” beynəlxalq reytinq agentliyinin yaydığı hesabata əsasən, növbəti 12-18 ay ərzində proqnoz neqativ olaraq qalacaq.
2016-cı il və 2017-ci ilin əvvəlində Türkiyə banklarının maliyyə vəziyyətinin sabit olmasına baxmayaraq, agentliyin ekspertləri məzənnənin zəifləməsi, investorların etibarının azalması kimi bir çox amillərin davam edəcəyini düşünür. “Lirənin ucuzlaşması və yüksək inflyasiyaya fonunda 2016-2018-ci illər ərzində Türkiyədə iqtisadi artım orta hesabla 2,8%-dək azalacaq. Bu rəqəm son 6 il ərzindəki 7,4%-lik göstəricidən kifayət qədər aşağıdır. Bu günə qədər sektorda aktivlərin keyfiyyətinin stabil olmasına baxmayaraq, növbəti 12-18 ay ərzində çətin makroiqtisadi mühit problemli kreditlərin həcmini 4%-dən yuxarı qaldıracaq. Halbuki bu rəqəm 2016-cı ilin sonunda 3,2% təşkil edib”, - deyə hesabatda bildirilir.