Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Azərbaycanın aparıcı hotelləri ilə birlikdə yeni kampaniyaya start verib.
Şirkətdən verilən məlumata görə, kampaniya çərçivəsində bankdan asılı olmayaraq, bütün “Mastercard” və “Maestro” kart sahiblərinə xüsusi hazırlanmış promokodlardan istifadə etməklə seçilmiş hotellərdə onlayn və ya qeydiyyat masasında sifariş zamanı eksklüziv endirimlər təklif edilir.
Kampaniyanın şərtlərinə əsasən, kart sahibləri “Flame Towers Fairmont Hotel Baku”da otaq sifarişi zamanı 25%, Qəbələdə yerləşən “Chenot Palace Health Wellness” hotelində otaq sifarişi zamanı 20%, eləcə də hoteldə müalicə prosedurlarına 20%, “Chenot” məhsullarına və Tibbi şöbənin xidmətlərinə 10%, “JW Marriott Absheron Baku” hotelində otaq sifarişi zamanı 15%, “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku”da otaq sifarişinə və iaşə obyektlərində yemək və içki sifariş etdikdə (müxtəlif aksiyalar, alkoqollu içkilər və tütün məhsulları istisna olmaq şərtilə) 15% dəyərində endirim təklif olunacaq.
“Hazırda icra olunan “Nağdsız Azərbaycan” strategiyamız çərçivəsində kart sahiblərimizi eksklüziv təkliflərlə sevindirməyi davam edirik. Biz müştərilərimizin təcrübələrini daha səmərəli və faydalı etmək üçün Azərbaycanın aparıcı hotelləri ilə əməkdaşlıq etməkdən qürur duyuruq. “Mastercard”ın Azərbaycanda uzunmüddətli planları var və və biz kart sahiblərimizi davamlı olaraq daha keyfiyyətli təcrübə ilə təmin etmək niyyətindəyik”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib.
Kampaniya bu ilin martın 31-dək bütün “Mastercard” kredit və debet və ya “Maestro” debet kart istifadəçiləri üçün keçərlidir. Kampaniyanın promokodları və şərtləri barədə ətraflı məlumat linkdə: http://www.mastercard.com/tr/consume/azerbaijancampaignhotelsazeri.html
“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.