Noyabrın 23-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib.
Tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab faktura, məhsulun daşınma sənədləri (TİR Carnet, CMR, Bill of Landing, Airway Bill), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.
Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.
“İxraca hazır ol!” çərçivəsində təlim keçirilib
15:50
23 Noy 2016