İyunun 29-da, saat 11:00-da “Gəncə Şərab-1” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq səhmdar cəmiyyətin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 56 ünvanında olacaq.
Yığıncağın gündəliyinə 2016-cı ilin yekunları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının, illik balansının təsdiq edilməsi, baş direktorun seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-1” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 730 524,4 manatdır.