“Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov vəzifəsindən azad edilib. Onun yerinə İlham Musayav təyin edilib.
E.Əhmədov isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İH sədrinin müşaviri vəzifəsinə gətirilib.
Xatırladaq ki, “Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə reberendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin səhmləri 100% ABB-yə məxsusdur.