2017-ci ilin 11 ayında əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qənd və şəkər tozu istehsalı isə 47,9 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında 205,7 min ton qənd və şəkər tozu istehsal olunub. Halbuki, 2016-cı ilin yanvar-noyabr aylarında 394,7 min ton qənd və şəkər tozu istehsal edilmişdi. İllik müqayisədə istehsal 189 min ton geriləyib.
01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 46,5 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycana 160,7 milyon dollar dəyərində 349,7 min ton şəkər idxal olunub. Bu, miqdar və məbləğ olaraq ötən ilin anoloji dövrü ilə müqayisədə təxminən 50% çoxdur.
Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu təxminən yarı gücü ilə işləyir.
İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir.
Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə iri ticarət şirkətləri məşğul olurlar.