“Azersun Holding” Şirkətlər Qrupu Stavropol vilayətinə sərmayələr yatırmaqda maraqlıdır. Rusiya mətbuatının məlumatına görə, bu barədə holdinqə daxil olan “GreenTech” istixana kompleksinin direktoru Nizami Heybətov Stavropoldan nümayəndə heyəti ilə görüşdə bəyan edib.
“N.Heybətovun sözlərinə görə, Stavropol kənd təsərrüfatına sərmayələr üçün əlverişli yerdir. Buna görə, Azərbaycan şirkəti qarşılıqlı faydalı əməkdaşlığa hazırlaşır. Layihənin reallaşdırılması perspektivkləri Stavropol vilayətinin hökuməti ilə birgə hazırlanacaq”, - deyə məlumatda deyilir.
Stavropol vilayətinin rəsmiləri ilə “GreenTech”in rəhbərliyi arasında görüş keçirilib. Kompleksin Bakı ətrafında illik yığım 12 minə yaxın tərəvəz təşkil edir.
Ötən həftə qubernator Vladimir Vladimirovın rəhbərliyi ilə Stavropolun nümayəndə heyəti Azərbaycanda “AITF-2017” sərgisində iştirak edib. Regionun rəhbəri investorlarla bir sıra görüşlər keçirib və Kislovodsk sanatoriyasının bərpasına dair saziş imzalayıb.
İnterfax©